Onlar daha ağıllıdırlar: Gec yatmayan insanlarla araşdırma aparılıb

Bölmə: Maraqlı › ,
Tarix: 22:45 18.07.2024

Yuxu həmişə araşdırma mövzusu olub. Gecə gec yatanlarla tez yatanlar arasındakı fərq həmişə maraq mövzusu olub. Britaniyalı akademiklər bu dəfə gec yatanlarla bağlı araşdırma aparıblar.

 

T24-ün xəbər verdiyi bu araşdırmaya görə, gec qalanların daha ağıllı olduğu iddia edilib. 

 

İngiltərə universitetlərindən biri olan London İmperial Kollecində gec yatanlarla bağlı araşdırma aparılıb.

 

T24-ə görə, bu araşdırmada cəmi 26 min adam iştirak edib. İki qrupa bölünən 26 min adam zəka baxımından araşdırılıb. Olduqca maraqlı nəticələr ortaya çıxıb. 

 

Daha gec yatıb gec oyanan insanlar testlərdə erkən yatanlardan daha yaxşı nəticələr əldə ediblər. 

 

Hər iki iştirakçı qrupuna koqnitiv testlər və intellekt testləri tətbiq edilib. Gec yatan insanlar yaddaş və mühakimə qabiliyyətini ölçən testlərdə daha yaxşı nəticələr əldə ediblər.

 

Araşdırmada həmçinin qeyd olunub ki, Leonardo da Vinçi və Barak Obama kimi insanlar gec yatıb, gec oyanan olublar. 

 

Araşdırmada təkcə gec yatmağın deyil, həm də gec yatmağın və gec oyanmağın, yəni bədənin kifayət qədər dincəlib yatmağın vacibliyi qeyd edilib. Yuxunun beynin funksionallığının qorunmasında böyük əhəmiyyəti var.

 

"Yuxu müddətinin beyin fəaliyyətinə birbaşa təsir etdiyini aşkar etdik..."

 

The Guardian-a danışan tədqiqatçı Raha West, yuxunun vacibliyini ifadə edərək "yuxu rejiminin beynin işini gücləndirməyə kömək etdiyini" vurğulayıb. 

 

Mənbə: https://onedio.com/haber/daha-zekiler-gec-saatlere-kadar-uyumayan-kisilerle-arastirma-yapildi-1234674

 

Tərcümə etdi: Aydan Qasımova