İnsanlar yatarkən asqırırlarmı ?
Bölmə: Maraqlı › ,Tarix: 10:10 19.07.2024
Refleksiv cavab olan asqırma hərəkəti hissəciklərin burun mukozasına çatması və sinir hüceyrələrini stimullaşdırması ilə başlayır. Mesajı alan beyin bədəndən yad cismi çıxarmaq üçün üz, boğaz və sinə bölgəsindəki əzələləri işə salır.
Bədənimiz yuxu üçün üfüqi vəziyyətə gəldikdə, burun mukozası şişir və xarici stimullara daha həssas olur. Ancaq yuxu zamanı daha az hərəkət etməyimiz və yataq otağımızda hava axınının olmaması səbəbindən burnumuza girə bilən hissəciklərin sayının azalması ilə bu həssaslıq tarazlaşdırılır.
Fasiləsiz yuxu təcrübəsi yaşamaq istəyən beynimiz yuxunuzun yuxu gördüyümüz REM mərhələsində bəzi nörotransmitterlərin sərbəst buraxılmasının qarşısını alaraq motor neyronları həyəcansız edir. REM atoniyası adlanan bu prosesdə asqırma da daxil olmaqla bütün refleksiv reaksiyalar yatırılır.
REM fazının xaricində qalan və yuxumuzun böyük hissəsini təşkil edən NREM adlanan epizodlarda əzələlərimiz işləyə bilsə də, burnumuzda asqırmağı tətikləyən trigeminal motor neyronları basdırılmağa davam edir.
Yuxu zamanı burun mukozası həddindən artıq stimullaşdırılarsa, beynimiz atoniyanı dayandırır. Əzələləri və motor neyronları funksional edir. Qısa bir oyanma ilə asqırma meydana gəlir və yuxu davam edir.
Bununla belə, vegetativ vəziyyətdə olan xəstələrdə yuxu və oyanma dövrləri də olur. Onlar yalnız oyaqlıq dövründə asqıra bilərlər.
Asqırmaq zəruri bir refleksdir
Asqırma tənəffüs yollarını stimullaşdıran və bədənin refleks göstərməsinə səbəb olan bir vəziyyətdir. Asqırma ilə ağciyərlərdəki hava tez xaric olur. Sağlamlıq üçün zəruri bir hərəkətdir. Asqırmanın qarşısını almaq mümkün deyil. Üstəlik, bunun qarşısını almaq çox ciddi nəticələrə səbəb ola bilər, o cümlədən bəzi hallarda beyin qanaması.
Təkrarlanan asqırma vəziyyəti:
Təkrarlanan asqırma allergiya ehtimalının olduğunun göstəricisidir. Allergiya vəziyyətini aydınlaşdırmaq üçün həkim müayinəsi vacibdir. Bəzən təkrarlanan asqırma genetik səbəblərdən qaynaqlana bilər. Belə hallarda asqıran şəxsə tövsiyə ətrafı havalandırmaqdır.
Asqırmağı necə müalicə etmək olar?
Asqırmağın mütləq bir səbəbi var. Bunlardan birincisi allergen hallardır. Bunun xaricində havasız və iyli mühit təsirlidir. Əgər səbəb allergikdirsə, mütləq həkim nəzarəti lazımdır. Digər tərəfdən asqırma qrip infeksiyalarının əlaməti olduğundan müvafiq müalicə tətbiq edilməlidir. Toz faktoru asqırmağa səbəb olan bir vəziyyətdir. Tozlu yerlərdə olan insan asqırma refleksi ilə cavab verə bilər.
Mənbə: halildurmus.com
Nigar Səmədli