Günəş suyunun duzsuzlaşdırılması

Bölmə: Maraqlı › ,
Tarix: 20:36 22.07.2024

Duzlu suyu müxtəlif üsullarla içməli hala gətirmək xüsusilə dəniz kənarında yaşayanlar üçün çox vacibdir, hətta bəzən ölüm-dirim məsələsi də ola bilir. Lakin zahirən sadə görünən bu proses peşəkarlıqla həyata keçirildikdə bahalı, mürəkkəb və çətin işə çevrilir. Sistem dəniz suyundan təzə içməli su istehsal etmək üçün günəş işığından istifadə etməklə yeni səmərəlilik səviyyəsinə çatır.

 

“Energy and Environmental Science” jurnalında dərc olunan məqaləyə görə, Massaçusets Texnologiya İnstitutunun (MIT) və Çinin Jiao Tonq Universitetinin bir qrup tədqiqatçısının hazırladığı günəş enerjisi ilə işləyən duzlu suyun təmizlənməsi sistemi kvadrat başına altı litr suyu təmizləyə bilir. 

 

MİT-dən Evelyn Wang-ın rəhbərlik etdiyi qrup tərəfindən hazırlanmış çox qatlı distillə mexanizmi olan sistemdə su günəş enerjisi ilə qızdırılan panellərlə buxarlanır, daha sonra yenidən soyudularaq suya çevrilir və bu proses zamanı yaranan istilik digər təbəqəyə ötürülür. Beləliklə, istilik itkisinin qarşısı alınır. Beləliklə, on təbəqədən ibarət passiv sistem mövcud passiv sistemlərdən iki dəfə daha səmərəli işləyir.

 

Cihaz mahiyyət etibarı ilə çox qatlı solaryumdur, tərkibində bir sıra buxarlandırıcı və kondensator komponentləri var, məsələn, içkini distillə etmək üçün istifadə olunanlar. İstiliyi udmaq üçün düz panellərdən istifadə edir və sonra buxarlanmağa başlamaq üçün bu istiliyi su təbəqəsinə ötürür. Sonra buxar növbəti paneldə kondensasiya olunur. Bu su yığıldıqca, buxar kondensasiyasından gələn istilik növbəti təbəqəyə keçir.

 

Buxar bir səthdə kondensasiya edildikdə, istilik buraxır, tipik kondensator sistemlərində bu istilik ətraf mühitə itirilir. Lakin bu çox qatlı buxarlandırıcıda buraxılan istilik növbəti buxarlanan təbəqəyə axır, günəş istiliyini təkrar emal edir və ümumi səmərəliliyi artırır.

 

Sistemin kütləvi istehsal ediləcəyi təqdirdə səmərəliliyin daha da artırıla biləcəyi gözlənilir.

 

Belə bir sistem dənizdə quraşdırıldıqda, günəş enerjisi ilə distillə edilmiş dəniz suyu çimərliyə vurula bilər. Digər variant isə bu sistemin dənizə yaxın evlərin damlarında quraşdırılmasıdır. Belə ki, bir ailənin gündəlik içməli su ehtiyacı 100 dollar xərclə ödənilə bilər. Mövcud təmizləyici sistemlər enerji səmərəliliyi baxımından belə bir sistemdən qat-qat üstün olsa da, xərc və asan quraşdırma kimi faktorlar nəzərə alınmaqla bu sistemin bəzi ssenarilərdə çox daha üstün olduğunu söyləmək olar.

 

Mənbə: halildurmus.com

Nigar Səmədli