Hyperloop: Nəqliyyatda İnqilab

Bölmə: Maraqlı › ,
Tarix: 19:03 23.07.2024

Hyperloop şəhər və şəhərlərarası nəqliyyat üçün boru əsaslı nəqliyyat sistemidir. 

 

Nəqliyyat problemini həll edən yüksək sürətli Hyperloop təxminən 1 mil (1 609 344 m) uzunluğundadır. İki yer arasında irəli və geri gedən böyük borulardan ibarət yüksək sürətli nəqliyyat sistemidir. Bu sistemdə səyahəti böyük borularda havada üzən və hava yastıqları ilə əhatə olunmuş podlar təmin edəcək. Kapsullardan ibarət olacaq bu sistemdə hər kapsulun çəkisi 3 tondur.

 

Bugünkü ictimai nəqliyyat vasitələri köhnəlib və texniki xidmət xərcləri artıb. Üstəlik, insanların gözləntilərini doğrultmur, həm də hava şəraitinə mənfi təsir göstərir. Bu və buna bənzər bir çox problemin həllini təmin edən Hyperloop, daşımanın daha təhlükəsiz, daha sürətli və daha səmərəli olduğu bir sistemdir.

 

İlon Mask iddia edir ki, Hyperloop-un uğurlu tətbiqi 7-10 il ərzində tamamlana bilər. Bu sistemin xərcinin 6 milyard dollar olacağı düşünülür.

 

Layihəni öz üzərinə götürən HyperloopOne şirkəti 2016-cı ilin may ayında sistemin ilk sınaqlarını həyata keçirib. Eyni zamanda, hazırda Nevada səhrasında Hyperloop prototipi hazırlanır.

 

SpaceX şirkəti 15 iyun 2015-ci ildə podların dizaynı üçün "SpaceX Hyperloop Pod Competition" adlı müsabiqə təşkil edib. Yarışda 16 ölkədən 318 komanda iştirak edib. Bu müsabiqədə ölkəmizi ITU Sci-X Hyperloop Pod Design Team təmsil edib.

 

İnanılmaz sürətə malik olan nəqliyyat sisteminin səyahət vaxtları ağlasığmazdır. Hyperloop təxminən yarım saat ərzində Londondan Edinburqa sərnişin daşımağı planlaşdırır. Normal şəraitdə bu məsafə qatarla 4 saatdan çox vaxt aparır. Mançesterdən Londona qədər olan 163 km-lik yolu 18 dəqiqəyə başa vurur və buna bənzər şəkildə Los-Anceles və San-Fransisko arasında yol yarım saat çəkir. Londondan Stoke 1 saat 24 dəqiqəyə çatmaq olar.

 

Mənbə: halildurmus.com

Nigar Səmədli