Yuxudan yorğun oyanmaq xəstəlik əlaməti ola bilər
Bölmə: Maraqlı › ,Tarix: 22:50 23.07.2024
Yorğunluq müasir həyatın ən vacib və ümumi sağlamlıq problemlərindən biridir. Səhər yorğun oyanmaq gündəlik aktiv həyat, uzun iş saatları və stressdən qaynaqlana bilər və ya hər hansı bir xəstəliyin əlaməti ola bilər.
Yorğunluqdan şikayət edən insanda daha əvvəl diaqnoz qoyulmamış ürək problemi, aritmiya, aşağı qan təzyiqi, böyrəküstü vəzinin nizamsızlığı, tiroid bezi və hətta hər hansı bir orqanında xərçəng kimi xəstəliklər ola bilər. Bir sözlə, səhər yorğunluğu yüngül qəbul ediləcək bir şey deyil. Bütün ehtiyat tədbirlərinə baxmayaraq, gün ərzində iki həftədən çox davam edən səhər yorğunluğu və halsızlıq hallarında bir sağlamlıq müəssisəsinə müraciət edilməlidir.
Yorğun oyanmamaq üçün nələrə diqqət etməliyik?
•Bədəninizdə dəmir, D vitamini və ya B12 vitamini çatışmazlığı sizi yorğun, gərgin və zəif hiss etdirə bilər. Bədəninizi gücləndirmək üçün vitamin və mineral əlavələr qəbul etməyi unutmayın.
•Səhər zəngli saatı mürgüləmək və 5 dəqiqə daha yatmaq istəmək, yarı yuxulu və yarı oyaq olmaq da yorğun oyanmağa səbəb olur. Bu səbəbdən səhər saatlarında bildirişi təxirə salmaq olmaz, bir az çətin olsa da, mümkün qədər tez yataqdan qalxmaq lazımdır.
•Bədənin susuzlaşması yorğunluğun ən böyük səbəblərindən biridir.
•Daimi idmanla maddələr mübadiləsi sürətlənir və daha çox enerji istehsal olunur. O, ürək-damar sisteminin və tənəffüsün tənzimlənməsini, həmçinin toxumalara lazımi səviyyədə oksigenin daşınmasını təmin edir.
•Qida həssaslığı yorğunluğun səbəbi ola bilər. Məsələn, laktoza dözümsüzlüyü ishala, bu da orqanizmin susuz qalmasına səbəb olur. Xüsusilə, işlənmiş qidalar qida həssaslığını artıra və yorğunluq hissi yarada bilər.
•Dərmanlar heç bir halda həkim tövsiyəsi olmadan qəbul edilməməlidir. Bəzi dərmanlar ürək ritmini, ürək dərəcəsini və qan təzyiqini artıraraq yorğunluğa səbəb olur.
•Həddindən artıq qaranlıq və zəif işıqda çalışmaq, daim səs-küylü mühitdə olmaq, soyuq və ya isti yerdə işləmək də yorğunluğa səbəb ola bilər.
•Günə yaxşı səhər yeməyi ilə başlamalı və bu yeməyi atlamamaq lazımdır. Günə hazırlaşmaqda lazım olan enerjinin alınması üçün ən vacib vaxt səhər yeməyidir. Karbohidratla zəngin səhər yeməyi yeyəndə vücudunuz daha tənbəl hiss edəcək. Bunun üçün ağır karbohidratlar əvəzinə zülalla zəngin səhər yeməyi seçin.
•Araşdırmalara görə, depressiyaya düşmüş insanlar, depressiyaya düşməyənlərə nisbətən 4 dəfə çox yorğunluqdan şikayət edirlər. Günə daşıdıqları emosional yüklə başlayanlar günü davam etdirmək üçün lazım olan enerjini tapmaqda çətinlik çəkirlər. Səbəblərə düzgün diaqnoz qoyulmalı, dərmanlar, qidalanma və məşq tövsiyələri ilə insanların günə ləng, həm də istəksiz başlamasının qarşısı alınmalı və ya minimuma endirilməlidir.
•Anemiya və ya qan azlığı olan insanlar səhərlər nəfəs darlığı və sinə ağrısı ilə yorğun oyanırlar. Qadınlarda daha çox rast gəlinən anemiya dəmir və vitamin B 12 ilə müalicə edilə bilər. Paxlalı bitkilər və ət yemək də qan azlığına yaxşı təsir göstərir.
•Qalxanabənzər vəz çatışmazlığı və ya gizli qalxanabənzər vəz ləngliyi varsa, tiroid hormonunun uyğun dozası verilərək problem həll olunarsa, yorğunluq aradan qalxa bilər.
•Səhər yorğunluğu və tez-tez bel ağrısı fibromiyaljinin tipik əlamətləridir. Yaxşı yuxudan sonra yorğunluq hissi yaradan problemlər müəyyən edilməli və düzəldilməlidir.
Daimi yorğunluqda sidik yollarının infeksiyaları da rol oynayır. Ümumiyyətlə, simptomlar antibiotik müalicəsi ilə yox olduqda, yorğunluq da yox olar.
Mənbə: https://okanhastanesi.com.tr/yorgun-uyanmak-hastalik-habercisi-olabilir
Tərcümə: Aydan Qasımova