Hər şeyin cavabını Google-da tapa bilərikmi ?

Bölmə: Maraqlı › ,
Tarix: 13:18 24.07.2024

Google-da hər şeyə cavab axtarırıq. Google dünyanın ən böyük şirkətlərindən biridir. Bu təəccüblü deyil, çünki Google olmadan bizim internetə asanlıqla daxil olmaq mümkün deyil. Dünyanın ən qabaqcıl axtarış sistemi hesab edilən Google, demək olar ki, bütün suallara cavab tapa biləcəyimiz böyük bir resursdur.

 

Sözün düzgün yazılışı, restorana, xüsusi əşyalar satılan mağazaya və ya dağın sahilindəki qaranlıq gölün adına necə getmək olar. Axtardığınız nə olursa olsun, etməli olduğunuz ilk şey Google ilə məsləhətləşməkdir. Forbes məlumatlarına görə, hər saniyə Google-da orta hesabla 40 min axtarış edilir. Bu, gündə 3,5 milyard axtarış deməkdir.

 

Google-da hər şeyə cavab axtarırıq və YouTube-da gülüb əylənirik. Bunlar son 15 ilin bizə gətirdikləridir. Biz bunu dərk etmirik, amma həyatımız kökündən dəyişib.

 

Həyatınızda böyük nailiyyətlər əldə etmək istəyirsinizsə, ilk növbədə özünüzə düzgün suallar verməlisiniz.

 

Biz bütün bu suallara məlumat və ya sorğu deyirik. Mən sizdən okeanların niyə mavi olduğunu soruşduqda ağlınıza okeanın şəkli gələcək və beyniniz cavab üzərində cəmləşəcək.

 

Beləliklə, siz etmək istədiyiniz şeylərə diqqət yetirə bilərsiniz. Məsələn, bunu hər gün soruşa bilərsiniz: "Mən necə gözəl bir işə başlaya bilərəm?"

 

Bu suallar bilinçaltınızın həll etməli olduğu problemlər kimi görünəcək.

 

Unutmayın ki, suallar verməsəniz, cavab ala bilməyəcəksiniz. Birinci qayda sual verməkdir. Sonra cavabları alın. Unutmayın, cavablar sizi mütləq tapacaq...

 

Necə deyərlər, Google çox şeyi bilir, bəli, amma əsl cavablar sizdə gizlidir...

 

Mənbə: halildurmus.com

Nigar Səmədli