Maşında unudulmuş plastik butulkadan su içmək olarmı?
Bölmə: Maraqlı › ,Tarix: 21:36 25.07.2024
Maşında qoyduğunuz plastik su qabından istifadə edib yenidən içmək sağlamlığınıza düşündüyünüzdən daha çox mənfi təsir göstərə bilər.
Əgər siz tez-tez avtomobillə səyahət edən birisinizsə, yay istisində fövqəladə hallar üçün avtomobildə su saxlamağın yaxşı bir fikir olduğunu düşünə bilərsiniz. Ancaq bu fikir sağlamlığınıza düşündüyünüzdən daha çox təsir edə bilər.
Avtomobildə qalan su qabından su içilirsə, bu, insan sağlamlığı üçün iki növ təhlükə yarada bilər. Bunlardan biri bakteriyaların böyüməsidir. Ağızda təxminən 6 milyard bakteriya var. Bu bakteriyaların bəziləri zərərlidir və qida ilə birlikdə ağızda toplanır. Su içdiyiniz zaman bu bakteriyalar içdiyiniz su şüşəsindəki suya keçir. Bakteriyalar yüksək temperaturda, xüsusilə 4 °C ilə 60 °C arasında sürətlə böyüyür və çoxalır. Buna görə də ən əsas yay aylarında avtomobildə qalan açılmış su qablarında yüksək temperaturdan bakteriyaların miqdarı artır. Artan bakteriyalı su içmək mədə və bağırsaq problemlərinə, komaya və hətta ölümə səbəb ola bilər.
Sağlamlığa mənfi təsir göstərə biləcək digər bir vəziyyət, yüksək temperatur səbəbiylə şüşədə bisfenol A (BFA) miqdarının artmasıdır. BFA bəzi su şüşələri hazırlamaq üçün istifadə olunur və plastikləri sərtləşdirən kimyəvi birləşmə növüdür. Yüksək temperaturda bisfenol A birləşməsi parçalana bilər. Bu, bisfenol A-nın butulkadakı suyu çirkləndirməsinə səbəb olur. BPA sonsuzluq, tiroid disfunksiyası, xərçəng, metabolik problemlər və uşaqlarda davranış problemləri də daxil olmaqla bir çox fərqli sağlamlıq probleminə səbəb ola bilər.
Avtomobildə unudulmuş, lakin açılmamış su qabından su içmək ciddi bakterial xəstəliyə səbəb olmaya bilər. Çünki açılmamış butulkadakı su adətən möhürlənmiş və qorunmuş şəkildə qalır. Bu, bakterial infeksiya riskini minimuma endirir. Təbii ki, butulkada bisfenol A varsa, yüksək temperaturda sağlamlıq riski də nəzərə alınmalıdır.
Mənbə: https://bilimgenc.tubitak.gov.tr/makale/arabada-unutulmus-plastik-siseden-su-icilir-mi
Tərcümə etdi: Aydan Qasımova