2024-cü ildə devalvasiya olacaqmı?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:01 30.07.2024
Azərbaycan sonuncu dəfə 2015-ci ildə 2 dəfə devalvasiya ilə üzləşib. O gündən bəri dolların kursu sabit olaraq 1.70 məzənnəsində qalır. Bəs, 9 ildir baş verməyən devalvasiya yaxın zamanda gözlənilirmi?
Bu barədə iqtisadçı ekspert Xalid Kərimli "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, 2024-cü il ərzində devalvasiya gözlənilmir:
"2025-ci ildə isə devalvasiyanın olub olmayacağını bilmək üçün 2024-ün dekabr ayının gözləməyiniz daha məqsədəuyğundur. Çünki bütün büdcə parametrlərini biləndən sonra hökumətin niyyətindən məlumatımız ola bilər. İndiki büdcə göstəriciləri ilə tədiyyə balansları ilə 2024-cü ilin yaxın 6 ayında heç bir devalvasiya gözləntilərim yoxdur. Devalvasiya qərarını qərar olaraq Mərkəzi bank verir burda da müəyyən məsləhətləşmələr olsa da, yekun qərarı Mərkəzi bank verir və məcbur olmadıqca devalvasiya qərarı vermir. Dolların sabit qalması isə yenə Mərkəzi bankın əlindədir. Son illərin statistikasına baxdıqda Mərkəzi bankın dollar rezervləri artır bu isə dolların bahalaşması deməkdir".
Hüseyn İlyasov