Dünyada ilk mexaniki süni ürək transplantasiyası baş tutub
Bölmə: Maraqlı › ,Tarix: 21:16 02.08.2024
Dünyada ilk tam mexaniki süni ürək transplantasiyası ABŞ-da həyata keçirilib.
ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.
Ürək çatışmazlığı olan bir xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb .
BiVACOR'un hazırladığı maqnit levitasiya texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.
Titan materialdan hazırlanmış bu süni ürək sürtünmədən işləyərək daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir.
Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.
Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün yaşaya bilib və daha sonra uğurlu ürək transplantasiyası həyata keçirilib.
İlk insan xəstəsi transplantasiya edildikdən sonra daha dörd xəstənin tədqiqata cəlb edilməsi planlaşdırılır.
ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.
Mənbə: NTV Haber
Zeynəb Mustafazadə