Böyük Britaniya elektron cihazların tullantılarından qızıl hasil edəcək

Bölmə: Maraqlı › ,
Tarix: 22:20 07.08.2024

İngiltərə Kral Sikkəxanası elektron tullantıları emal edərək qızıla çevirəcəklərini açıqlayıb. Sikkəxana köhnə elektron lövhələrdən qiymətli metalları çıxarmaq və onları qızıla çevirmək üçün yeni fabrik inşa etdiyini açıqladı. İddia edilir ki, yeni texnologiya qızılı 4 dəqiqəyə çıxarır və çox daha az enerji tələb edir.



Birləşmiş Millətlər Təşkilatının Qlobal Elektron Tullantı Monitorinqinə görə, dünyada elektron tullantıların istehsalı hər il 2,6 milyon ton artır. 2022-ci ildə rekord 62 milyon ton elektron tullantı istehsal edilib ki, bu da 2010-cu ildən bəri 82 faiz artım deməkdir.

Min ildən çoxdur ki , İngiltərənin sikkələrini istehsal edən Royal Mint, elektron tullantılardan qızıl istehsal edəcəyini açıqladı.

Hökumətə məxsus şirkət Uelsdəki yeni fabrikdə çap dövrə lövhələrindən qızıl çıxarmağı planlaşdırır. 2022-ci ilin mart ayından tikintisi davam edən fabrik Böyük Britaniyada telefon, noutbuk və televizor kimi elektron cihazların dövrə lövhələrindən ildə 4000 tona qədər qızıl çıxarmaq üçün nəzərdə tutulub.

Prosesin birinci mərhələsində elektron lövhələr istiliklə ayrılacaq və tərkibində qızıl olan hissələr ayrıca obyektə göndəriləcək.

Paltaryuyan maşın kimi fırlanan tamburdakı dövrə hissələri xüsusi turşu qarışığında yuyulacaq. Sonra bu mayeni süzməklə xalis qızıl toz halında qalacaq.

Bu yolla qızılın 4 dəqiqəyə çıxarıla biləcəyi və çox daha az enerji tələb olunduğu iddia edilir.

Şirkət ildə təxminən 4 min ton elektron tullantı emal etməyi hədəfləyir. Yeni texnologiya yüksək keyfiyyətli və 99,99 faiz təmizlikdə qızıl çıxarmaq üçün daha davamlı üsul təklif edir.

Mənbə:NTV Haber
Zeynəb Mustafazadə