Xərçəng riskini 32 % artıran şirin zəhər: Süni dadlandırıcılar

Bölmə: Maraqlı › ,
Tarix: 21:58 13.08.2024

Süni dadlandırıcılar insan sağlamlığını təhdid etməkdə davam edir. Süni dadlandırıcılar soyuq içkilərdən tutmuş diabetik məhsullara qədər bir çox məhsulda olur. Şirinləşdiricilər xərçəng riskini artırır.

İngiltərədə aparılan bir araşdırmada həftədə 2 və ya daha çox porsiya süni şirinləşdirilmiş içki qəbul edənlərdə kolon və düz bağırsaq xərçəngi riskinin daha yüksək olduğu müəyyən edilib. İsti yay günlərində içdiyiniz içkilərə diqqət edin. Soyuq istehlak edilən və şəkərsiz olaraq bilinən içkilərin tərkibində süni dadlandırıcı var. Bu dadlandırıcılar kolon xərçənginə səbəb olur.

Araşdırmada 13-18 yaş arasında süni dadlandırıcıların istehlakının kolon və düz bağırsaq xərçəngi riskini 32 % artırdığı vurğulanıb.

Mənbə: Haber Global
Aslanova Fatimə