Saç tökülməsi yaşayanların diqqətinə!
Bölmə: Maraqlı › ,Tarix: 11:36 16.08.2024
Baxım məhsullarını atmağa məcbur edən üsul: "şampunun içinə birini qoymaq kifayətdir". Keçəlliyə son qoyur.
Saç tökülməsi problemi yalnız genetik faktorlardan qaynaqlanmır. Düzgün olmayan qidalanma, kimyəvi kosmetik məhsullardan çox istifadə, vitamin çatışmazlığı və dəri problemləri də bu problemə səbəb olur. Kəpək və qırılma problemlərinə görə saç tökülməsini dayandırmaq üçün təbii üsullar var. Əslində belə bir üsul var ki, şampunun içinə bir parça atmaq kifayətdir. Aspirin bu üsullardan ən təsirli olanıdır. Aspirinin tərkibindəki salisilik turşu kəpək və buna bağlı saç tökülməsinin qarşısını alır. Saç tökülməsi problemi zamanla bezdirici ola bilər. Keçəlliyə səbəb olan bu problemin mənbəyini öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Digər tərəfdən, bir çox vətəndaş kəpək, qırılma və saç tökülməsi kimi problemlər üçün də təbii üsullara müraciət edir, aspirinin tərkibindəki salisilik turşunun baş dərisində qan dövranını artıra biləcəyi düşünülür. Daha yaxşı qan dövranı saç köklərinə daha çox qida və oksigen çatmasını təmin edə bilər ki, bu da saçın sağlamlığını yaxşılaşdıra bilər.Aspirin tərkibində salisilik turşu var və bu tərkib baş dərisini ölü hüceyrələrdən təmizləməyə kömək edə bilər. Baş dərisində yığılan ölü hüceyrələr və yağlar saç follikullarını bağlaya və saç tökülməsinə səbəb ola bilər. Buna görə də, saç maskaları və ya aspirinli şampunlar baş dərisini təmizləməyə kömək edə bilər. Bununla belə, tərkibində aspirin olan məhsullardan istifadə etməzdən əvvəl bir dermatoloq və ya saç mütəxəssisi ilə məsləhətləşmək vacibdir. Bəzi araşdırmalar salisilik turşunun dihidrotestosteron (DHT) səviyyələrinə təsir göstərə biləcəyini göstərir. DHT kişi tipi saç tökülməsinin səbəbi hesab olunur. Aspirinin bu təsiri saç tökülməsini azalda bilər, lakin bu mövzuda daha çox araşdırmaya ehtiyac var.
Mənbə: CNN türk
Nərgiz Orucova