Avstriya Almaniyadan gələn miqrantları qəbul etməkdən imtina edir

Bölmə: Dünya › ,
Tarix: 19:58 09.09.2024

Avstriya Almaniyadan qovulan miqrantları qəbul etməyəcək.

İnformator.az xəbər verir ki, bunu Avstriyanın daxili işlər naziri Gerhard Karner Bild nəşrinə müsahibəsində deyib.

“Avstriya Almaniyadan rədd edilmiş insanları qəbul etməyəcək. Burada manevr üçün yer yoxdur”, - Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib. O, miqrantların Almaniyadan qovulması və ya Almaniyaya girişinə icazə verilməməsi halında onları ölkədə yerləşdirməkdən imtina edib.

Karner alman siyasətçilərinin ölkəyə miqrasiya axınının məhdudlaşdırılması ilə bağlı bəyanatlarını şərh edib. Nazirin sözlərinə görə, o, artıq Avstriya Federal Polisinin direktoruna müvafiq tapşırıqlar verib.

Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser miqrant axınını azaltmaq üçün Almaniyanın bütün quru sərhədlərində müvəqqəti nəzarət tədbirlərinin tətbiqinə göstəriş verib . Sentyabrın 16-da tam sərhəd nəzarəti tətbiq olunacaq.