Soyuq hava dərini məhv edir

Bölmə: Maraqlı › ,
Tarix: 23:41 14.01.2025

Soyuq havaların təsirini artırdığı qış ayları dəri sağlamlığı üçün çətin bir dövr ola bilər. Temperaturun aşağı düşməsi, quru hava və güclü külək dərinin nəm balansını pozur və müxtəlif problemlər yarada bilər. Qışda tez-tez rast gəlinən dəri problemləri və bu problemlərin həlli yollarını topladıq.

 

Soyuq hava və aşağı rütubət dərinin təbii nəm baryerini zəiflədir. Bu, quruluq, qaşınma və soyulma kimi dəri problemlərinə səbəb ola bilər. Külək və soyuq hava dodaqların həssas quruluşuna təsir edərək çatlar və ağrılara səbəb olur. Qış aylarında ekzema kimi dəri xəstəlikləri alovlana bilər. Soyuq hava ilə yanaşı, keyfiyyətsiz nəmləndiricilərin istifadəsi də bu vəziyyətə səbəb ola bilər. Güclü külək və ani temperatur dəyişiklikləri dərinin qızartı və qıcıqlanmasına səbəb ola bilər. Tez-tez yuyulan və soyuq havaya məruz qalan əllər qışda ən çox zərər görən bölgələrdəndir. Dərinin qurumasının qarşısını almaq üçün sıx nəmləndiricilər seçin. Dərinizin tipinə uyğun məhsul seçin və mütəmadi olaraq tətbiq edin.

 

Mənbə: Pembenar
Kəmalə Vəliyeva