ABŞ sülhə nail olmaq üçün Ukraynaya dəstəyi dayandıra bilər-Sullivan
Bölmə: Dünya › ,Tarix: 23:30 14.01.2025
ABŞ Ukraynaya dəstəyi dayandırmaq və sülhə nail olmaq üçün bəzi ərazilərdən imtina etməsi şərtini irəli sürmək seçiminə malikdir, lakin bunu etməyə hazır deyil. Bu barədə ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Ceyk Sallivan bildirib:
“Doğrudur, biz Ukraynaya dəstəyi dayandıra bilərik. Biz deyə bilərik: Sizə heç nə verilməyəcək, əgər Rusiya ərazilərinizin müəyyən faizinə sahib olmağı qəbul etməsəniz. Bu, bizim üçün bir seçimdir- deyə o, The New York Times-a müsahibəsində bildirib. “Bunu etməliyikmi? Mən bununla razı deyiləm”.
Sallivanın sözlərinə görə, ABŞ-nin Ukraynaya müəyyən sülh şərtlərini qəbul etdirməsi NATO-nun birliyini “şübhəsiz ki, sarsıdar. O əlavə edib ki, ABŞ-nin Ukraynaya silah tədarük etməsi Vaşinqtonun münaqişənin istədiyi nəticəsini Ukraynaya diktə etməsi anlamına gəlmir.
Mənbə: ITAR TASS
Zəhra Məmmədova