ABŞ Avropa İttifaqı ölkələrini Rusiya vəsaitini müsadirə etməyə inandırmağa çalışır-CNN

Bölmə: Dünya › ,
Tarix: 23:39 14.01.2025

ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası hakimiyyəti Donald Trampa təhvil verməzdən əvvəlki son günlərdə Avropa İttifaqı ölkələrini Rusiya Federasiyasının yüz milyardlarla dollar dəyərində vəsaitini müsadirə etməyə inandırmağa çalışır.

 

Məqsəd bu vəsaitlərlə Ukrayna ilə gələcək danışıqlarda Rusiya üzərində təzyiq vasitəsi kimi istifadə etməkdir. Bu barədə 14 yanvar, çərşənbə axşamı, CNN məlumat yayıb. Telekanalın məlumatına görə, Ağ Ev Rusiya Mərkəzi Bankının "Böyük yeddilik" (G7) ölkələrində bloklanmış aktivlərini xüsusi bir depozit hesabına köçürməyi təklif edir. Bu hesab yalnız Ukrayna və Rusiya arasında sülh sazişi bağlandıqdan sonra açılacaq. Bayden administrasiyası bu yolla Moskvaya siqnal vermək istəyir, hansı ki, Vaşinqtonun yüksək vəzifəli rəsmisi bunu belə ifadə edib:

 

“Əgər pullarınızı geri almaq istəyirsinizsə, danışıqlara razılaşmalı olacaqsınız”. CNN xəbər verir ki, Trampın komandasından bu yanaşma anlayışla qarşılanıb, o cümlədən onun tərəfindən dövlət katibi postuna namizəd göstərilən senator Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə təklif olunan Mayk Uolts tərəfindən dəstəklənib.

 

Mənbə : DW
Zəhra Məmmədova