Rusiya: Yaxın Şərqdə genişmiqyaslı regional müharibənin olmasını istəyənlər var
Bölmə: Dünya › ,Tarix: 20:17 09.09.2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı BMT-də bütün təşəbbüslərin, o cümlədən Rusiyanın təşəbbüsünün dayandırıldığını bildirib.
Lavrov ABŞ prezidenti Co Baydenin təqdim etdiyi plana "İsrailin məhəl qoymadığını" iddia edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdə genişmiqyaslı regional müharibəni qızışdırmaq istəyənlərin olduğunu bəyan edərək, “Bununla mübarizə aparmaq lazımdır” dedi.
Lavrov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Rusiya-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Görüşdə Fələstin ərazilərindəki vəziyyətin müzakirə edildiyini bildirən Lavrov, "Burada zorakılığa son qoyulmalı, humanitar problemlər həll olunmalı və BMT-nin Fələstin dövlətinin yaradılması ilə bağlı qərarların icrası istiqamətində işlərə başlanılmasının vacibliyi mövzusunda ortaq mövqəyə sahibik” ifadələrini işlətdi.
ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinə də toxunan Lavrov, "Vaşinqton Yaxın Şərqdəki bütün proseslərdə monopoliyasını saxlamaq istəyir. Bunun uğursuzluğunu dəfələrlə görmüşük" dedi.
Lavrov Qətər və Misirin Qəzza zolağı ilə bağlı təkliflər etdiyinə diqqət çəkərək deyib:
"Bu ölkələr ağlabatan nəsə təklif edəndə ilkin razılıq əldə edilir. Amma sonra İsrail administrasiyası əlavə şərtlər irəli sürür. Bu, üzücüdür. Bu faciəni dayandırmaq və atəşkəs yaratmaq təcilidir. Fələstin ərazilərindəki böhran öz əksini tapır. Livan-İsrail sərhədi, Yəmən və Qırmızı dənizdəki vəziyyət "Geniş miqyaslı regional müharibəni qızışdırmaq istəyənlər var. Bunun üçün mübarizə aparmaq lazımdır".
Nazir Lavrov bəyan edib ki, fələstinlilərlə HƏMAS arasında birlik əldə edilməli, Fəth Hərəkatı müzakirələrdən əl çəkməlidir.
Mənbə: Habertürk
Elnurə Kərimova