Misir: İsrail Qəzzada atəşkəs razılaşmasının qarşısını almaq üçün yalanlar yayıb
Bölmə: Dünya › ,Tarix: 20:57 09.09.2024
Misirin xarici işlər naziri Bədr Abdulati deyib ki, İsrail Qəzza zolağında atəşkəsin qarşısını almaq üçün yalan iddialarla diqqəti yayındırmağa çalışıb.
Abdulati, Danimarka Xarici İşlər naziri Lars Lokke Rasmussen ilə görüşündən sonra paytaxt Qahirədə birgə mətbuat konfransında danışıb.
Qəzza zolağında hər dəfə atəşkəs və məhbus mübadiləsi razılaşması üçün fürsət yarandıqda daha da gərginliyə səbəb olan "təxribatçı siyasətlərlə" qarşı-qarşıya qaldıqlarına diqqət çəkən Abdulati, "İsrail atəşkəs və əsir mübadiləsinin qarşısını almaq üçün yalanlar yayaraq müxalifətin diqqətini yayındırır. Qəzza zolağında razılaşma əldə edilib. Sərhəddəki tunellərin və təhlükəsizlik xəttinin sökülməsi üçün böyük məbləğlər xərclədik" deyib.
İsrailin baş naziri Binyamin Netanyahu, Qəzza zolağı ilə Misir arasında Filadelfiya dəhlizində qalmaqda israrına bəraət qazandırıb. Həmas Hərəkatının silahlanmasının Misir sərhədi üzərindən gerçəkləşdirdiyini bildirib.
Misir Xarici İşlər Nazirliyi öz açıqlamasında İsrail rəsmilərinin Filadelfiya dəhlizi ilə bağlı bütün iddialarını rədd etdiklərini bildirib.
Sağçı koalisiya tərəfdaşlarının Qəzzaya hücumların dayandırılacağı təqdirdə hökuməti devirmək təhdidləri qarşısında Netanyahu İsraildə və beynəlxalq arenada atəşkəs razılaşmasını sabotaj etməkdə günahlandırılıb.
Netanyahunun müqavilə layihəsinə əlavə etdiyi maddələrin və xüsusilə Filadelfi dəhlizinə, Misir-Qəzza sərhəd xəttinə nəzarəti saxlamaqda israrlı olmasının danışıqları çətinləşdirdiyi vurğulanıb.
Mənbə : TRT XƏBƏR (TRT HABER)
Lalə Qafarova