Alimlər siçan dərisini şəffaf ediblər: Onu insan dərisinə də tətbiq etmək olarmı?
Bölmə: Maraqlı › ,Tarix: 22:45 16.09.2024
Stenford Universitetinin alimləri elmi fantastika filminə bənzəyən təcrübə ilə canlı siçanların bəzi toxumalarını şəffaf hala gətirə biliblər. Bu inkişaf insanlara tətbiq oluna bilsə, qan toplama və xəstəliklərin diaqnozunda yeni bir dövrün qapısını aça bilər.
Tədqiqatçılar ümid edirlər ki, bu texnologiya gələcəkdə canlı orqanizmin funksional olduğu halda onun daxili quruluşunu daha aydın müşahidə etməyə imkan verə bilər.
Stanford Universitetinin alimi Guosong Hong, "Bu texnologiya damarları daha aydın görməklə qan toplamanı asanlaşdıra bilər, lazerlə döymənin silinməsini asanlaşdıra bilər və ya xərçəngin erkən diaqnozu və müalicəsinə kömək edə bilər" dedi.
Tədqiqatda istifadə edilən üsul, işığın müəyyən dalğa uzunluğunda toxumaların müxtəlif sındırma göstəricilərinə malik olduğunu göstərir.Normalda toxuma və ətrafdakı mayelər fərqli sındırma göstəricilərinə malik olduqları üçün işığı səpirlər və şəffaflıq itir. Bununla belə, qırılma göstəriciləri bərabərləşdirilərsə, işıq dərin toxumalardan əks oluna bilər və beləliklə daha aydın bir görüntü əldə edilə bilər.Ucuz və təsirli bir üsul ola bilər
Bu üsulu həyata keçirmək üçün tədqiqatçılar tartrazin adlı qida boyasından istifadə etdilər. İşığın müəyyən dalğa uzunluqlarını udmaqla tartrazin ətrafdakı mayenin sındırma göstəricisini dəyişdi və işığın səpilməsini əhəmiyyətli dərəcədə azaldıb. "Bu boya biouyğundur, yəni canlı orqanizmlər üçün təhlükəsizdir. O, həm də çox ucuz və effektivdir; onun işləməsi üçün sadəcə çox az miqdarda istifadə etməliyik" dedi Ou.
Siçanların dərisinə tartrazin boyası vurulduqda qan damarlarında, orqanlarda və hətta həzm sistemində əzələ hərəkətləri müşahidə oluna bilirdi.Boyanın tətbiqindən bir neçə dəqiqə sonra dəri şəffaf olur və prosedurdan sonra yenidən yuyulur. Bədənin daha dərin hissələrinə nüfuz edən boya sidiklə xaric olur.
İnsan dərisinin siçan dərisindən 10 dəfə qalın olduğunu nəzərə alsaq, bu üsulun insanlarda da işləyəcəyi bəlli deyil. Tədqiqatçılar bu məsələni daha da araşdırmağı planlaşdırırlar.
Mənbə: TRT Haber
Mehriban Nəsibova