NATO Rusiyaya görə nüvə müharibəsi təhlükəsini qiymətləndirdi

Bölmə: Dünya › ,
Tarix: 23:10 16.09.2024

NATO Rusiyanın nüvə sahəsində alyansın reaksiyasını tələb edən hərəkətlərini müşahidə etmir.

İnformator.az xəbər verir ki, bunu baş katib Yens Stoltenberq “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

"İndiyədək biz nüvə qüvvələrinin mövqelərində bizim tərəfimizdən dəyişiklik tələb edəcək hər hansı dəyişiklik görməmişik", - baş katib qeyd edib. Bununla belə, o əlavə edib ki, alyans Rusiya tərəfinin atdığı addımları diqqətlə izləyir.

Stoltenberq eyni müsahibəsində bildirib ki, Kiyevin Rusiya ərazisini Qərb silahları ilə vurmasına icazə verərsə, NATO ölkələri Ukraynadakı münaqişənin tərəfi olmayacaq .