Dərimizdəki mikrobların sağlamlığımızda hansı rolu var?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 18:38 10.10.2024

Mikrob dediyimiz milyardlarla bakteriya, göbələk və viruslar bədənimizin səthində yaşayır. Biz onların sağlamlığımızda oynadığı mühüm rolu yeni anlamağa başlayırıq.

Bəs bu mikrobların hansı zərərləri var?

Mövzu ilə bağlı "informator.az"a danışan Tibb eksperti Aydın Əliyev bildirir ki, yaşadığımız yer kürəsində digər canlılar kimi gözlə görünməyən mikro aləm də var:

"Bu bir faktdır. Elə mikroorqanizmlər var ki, bağırsaqlarımızda hətta onlar bizi qoruyurlar. İnsan bədəninin immun sistemi ( bədənin ümumi müdafiyə qabiliyyəti) var.  Sadəcə olaraq hava, su, anormal hava şəraitləri onda müxtəlif canlılar yaranır.( Mikroblar, viruslar və s.) Bunlar da insan bədəninin normal mübadilə prosesini pozurlar. Və bundan bir çox xəstəliklər yaranır. Bu xəstəliklərin də ən qorxulu cəhəti onların yayılmasıdır. Kimin bədənində immunitet sistemi zəifdirsə onda bu xəstəlikdə sürətlə yayılır. Bu infeksiyaların yayılmasının əlamətləri burun axması, qızarması, baş ağrısı və s.-dir. Nəfəs yollarında da bu problem olanda digər orqanlarımızda da oksigen mübadiləsi pozulur. Ona görə sağlamlığımızı qorunmaq üçün təmizlik, keyfiyyətli və rejimə uyğun qida, hərəkət çox vacib nüansdir".

Sevinc Zeynalova