İraqdan terror təşkilatı PKK-nın “silahı buraxma” prosesinə dəstək

Tarix: 22:55 11.07.2025
İraq Xarici İşlər Nazirliyi, terror təşkilatı PKK-nın silahı buraxma prosesini başladığını açıqlamasını məmnuniyyətlə qarşılayıb.
İraq Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada, terror təşkilatı PKK-nın silahı buraxması ilə bağlı atdığı addım Türkiyə ilə İraq arasında əməkdaşlıq və etimada əsaslanan yeni bir mərhələnin başlanğıcı ola bilər kimi qiymətləndirilib. PKK-ya aid bir qrupun silahlarını məhv etməsi isə “qırx ildən artıq davam edən qarşıdurmalardan sonra atılmış mühüm addım” kimi dəyərləndirilib.
Açıqlamada bunun regional sabitliyin təmin olunması baxımından əhəmiyyətli olduğu vurğulanaraq, İraqın PKK-nın silah buraxma prosesinə tam dəstək verdiyi qeyd olunub.
Həmçinin bildirilib ki, bu proses Ankara və Bağdad arasında ortaq təhlükəsizlik təhdidlərinin müzakirəsinə töhfə verəcək və İraqla Türkiyənin təhlükəsizliyini möhkəmləndirəcək.
Açıqlamanın sonunda isə bu vəziyyətin, İraq və Türkiyə üçün təhlükəsizlik və inkişafı ön planda tutan konstruktiv bir regional dialoq platformasına çevriləcəyi ümid edilərək ifadə olunub.
TRT XƏBƏR
Lalə Qurbanlı