İsrail ordusu İordan çayının qərb sahilində fələstinli fermerlərin zeytun yığmasına mane olub
Bölmə: Dünya › ,Tarix: 20:48 29.10.2024
İsrail əsgərləri bəzi avropalı siyasətçilərin müşayiəti ilə işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərində zeytun bağlarına çatmağa çalışan fələstinli fermerlərə qarşı gözyaşardıcı qaz bombaları ilə müdaxilə edib.
Onlarla fələstinli fermer, Barselonanın keçmiş meri Ada Kolao və Avropa Parlamenti millət vəkilləri Jaume Asens və Mark Botenqanın müşayiəti ilə zeytun toplamaq üçün Nablusun cənubundakı Kusra qəsəbəsindəki zeytun bağlarına getmək istəyib.
Lakin İsrailli əsgərlər fələstinli fermerlərə və fəallara qarşı gözyaşardıcı qaz bombaları ilə müdaxilə etdi. Atılan bibər qazı bombası səbəbiylə çox sayda fermer və aktivist cütçülərə dəstək verir.
Atılan qaz bombaları bölgədə yanğına səbəb olarkən, İsrail əsgərləri fermerlərin öz torpaqlarına çatmasına mane olub.
Küsra Bələdiyyə Şurası daha əvvəl zeytun yığımının Barselonanın keçmiş meri Ada Kolao və Avropa Parlamentinin deputatları Jaume Asens və Mark Botenqanın iştirakı ilə keçiriləcəyini açıqlamışdı.
Digər tərəfdən Fələstin torpaqlarını qəsb edən İsraillilər İordan çayının qərb sahilinin Qalkilya şəhərində zeytun toplayan fələstinli fermerlərə hücum edib. Hücum nəticəsində 2 fələstinli yaralanıb.
Mənbə:TRT haber
Fidan Fərhadlı