Tramp hakimiyyətə gələrsə, Rusiya-Ukrayna müharibəsi bitəcək?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 08:13 04.11.2024

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin genişlənməsinə imkan verməzdi”.

Bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CBS News telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, o (Tramp -Qeyd) 2022-ci ildə prezident olsaydı, Rusiya yəqin ki, müharibəyə başlamazdı”, - deyə siyasətçi bildirib.

Boris Consonun fikirlərini "informator.az"a şərh edən politoloq Oqtay Qasımov deyir ki, Boris Consonun fikirləri maraqlıdır:

"Boris Conson da Trampla münasibəti yaxşı olan az saylı liderlərdən biridir. O, Trampla bağlı mübət fikirlər səsləndirib. Tramp bir az sistemdən kənar siyasətçi xarekterinə malikdir. Onun bəzən gözlənilməz, qətiyyətli qərarları olub. Trampın vaxtında Rusiya və Amerika ilə münasibətləri heç də hamar deyildi. Və Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq olunub. Bu baxımdan Consonun fikirlərinin nə dərəcədə həqiqətə uyğun olub olmayacağını demək çətindir".

Politoloqun fikrincə, Donald Tramp hakimiyyətə gələrsə, Ukranya da savaşı durdurcaqmı və iki ölkə arasında sülhə nail olacaqmı, onu da gələcək göstərəcək:

"Çünki seçki qabağı təbliğat  və təşkilat kampaniyasında bəzən namizədlər bəzi hallarda reallıqdan kənar çıxan bir az da fantastik kimi görünən iddialarla çıxış edirlər. O baxımdan biz bunu gələcəkdə əgər Donald Tramp seçilərsə, onun fəaliyyətində görə bilərik. Amma Amerikanın öz siyasəti var və bu siyasəti dəyişmək hər hansısa bir prezidentin görə biləcəyi bir iş deyil. Çünki Amerika dövləti qrumlar üzərində formalaşmış bir dövlətdir. Dövlət siyasəti bir şəxsin fikri ilə müəyyən edilmir. Bu baxımdan Donald Trampın 2016-cı il seçkilərdə Amerika qoşunlarını İraq və Suriyadan çıxaracağı ilə bağlı vədlərini də biz yaxşı xatırlayırıq. Həmçinin Suriyadakı terrorçu qruplaşmaya dəstək verməyəcəyi vədlərini də xatırlayırıq. Amma hakimiyyətə gələndən sonra biz bu vədlərin həyata keçmədiyini gördük. Türkiyənin də tələblərinə baxmayaraq Tramp nəinki PKK -nın Suriyadakı uzantısı olan PED-ə dəstəyi kəsmədi. Əksinə Obama dövründən daha çox onlara hərbi yardım göstərdi. Bununla bərabər Suriya və İraqdan da nəinki qoşunları çıxarmadı əksinə o qoşunların əhəmiyyətli hissəsi hələdə o ölkələrdə qalmaqda davam edir".

Oqtay Qasımov sonda vurğulayır ki, hazırda söylənən fikirlərin əksəriyyətinin bir az da təbliğat xarekterli olduğu və seçkilərə vəd vermək üzrə olduğunu söyləmək daha doğru olar.

Kəmalə Vəliyeva