Gecikən müayinələrin fəsadları
Bölmə: Sosial › ,Tarix: 20:08 19.11.2024
"Sağlamlığın qədrini xəstələr bilər" deyiblər. Bəzən həkim qəbuluna gedən şəxslər artıq ,gecikdiyinin xəbərdarı olurlar. Bu halın qarşısını almaq üçün hansı müayinələrə mütəmadi olaraq gedilməlidir?
Mövzu ilə bağlı “informator.az" a açıqlamasında terapevt Sübhan Hacıyev bildirib ki, insanların gənc vaxtlardan öz sağlamlığının qeydinə qalmalıdırlar:
“İnsanlar gənc vaxtlarından öz sağlamlıqlarının qeydinə qalmalıdır. Çünki, gənc vaxtlarda immunitet sistemi və maddələr mübadiləsi daha güclü olur, lakin gənclikdə öz immunitetimizi qorumayanda yaşlandıqda bunun fəsadlarını görürük.
Təəssüflər olsun ki, xroniki xəstəliklər bəzən simptomsuz keçir və vətəndaşlar bunun fərqində belə olmurlar. Bunun üçün də vətəndaşlar ildə bir dəfə ürək-damar, qaraciyər, hepatit xəstəlikləri üçün, həmçinin laborator və instrumental müayinələri üçün həkimə müraciət etməlidirlər”.
Terapevt müayinələrə gecikən və ümumiyyətlə gəlməyən insanlara da müraciət edərək, vaxtında müayinələrə gəlmələrini və sağlamlıqlarını təhlükəyə atmamalı olduqlarını bildirib:
“Vətəndaşlar düzgün zamanda müayinələrə gəlsələr fəsadlaşmış və digər həyati təhlükəli xəstəliklərdən uzaq olarlar. Nəticədə, cəmiyyətə sağlam gələcəyi bəxş edərlər”.
Fidan Xəlilova