Telefondan asılılıq insanların həyatına necə təsir göstərir ?

Bölmə: Sosial › ,
Tarix: 20:21 19.11.2024

Son illərdə telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əgər, əvvəl telefon sadəcə əlaqə yaratmaq üçün istifadə olunurdusa, günümüz də, mobil telefonlarda, o, qədər müxtəlif funksiyalar var ki, yəni, artıq telefonlar da, canlı görüşləri belə, onlayn görüşlər ilə əvəz edə bilərik. 

 

Bəs, müsbət cəhətləri nələrdir ? 

 

Məsələ ilə bağlı Harmoniya Psixologiya Mərkəzinin rəhbəri, praktik psixoloq Ağabalayeva Aygün "İnformator.az"a açıqlamasında bildirib ki, telefondan istifadənin mənfi cəhətləri ilə bərabər müsbət cəhətləri daha çoxdur:

 

"İnsan dünyada nə baş verirsə, məlumatı olur, istədiyi informasiyanı rahat bir şəkil də əldə edir. Çox təssüflər olsun ki, son illərdə, insanlarda telefondan asılılıq daha çox müşahidə olunur. Bu, asılılıq gənc nəsildə yox həm uşaqlarda, həm də yaşılı nəsildə də müşahidə olunur. Valideyn deyir ki, övladım telefondan asılıdır, amma, valideynin özünün əlindən telefon düşmür. Deyiləndə ki, valideyn övladı ilə zaman keçirsin, o, demək deyil ki, valideyn telefonla bir yerdə zaman keçirsin. O insan ki, telefonsuz yaşaya bilmediyini düşünür, internetsiz qala bilməyicini fikirləşir həmin insan doğurdan da, telefondan asılıdır. Telefondan asılı olan insanlarda qida pozuntusu, depressiv vəziyyət kimi hallar müşahidə olunur. Hal-hazırda mobil telefondan bir insanı uzaqlaşdırmaq mümkün deyil".

 

Psixoloqun sözlərinə görə, valideynlər övladlarına nəzər yetirməzdən öncə, özlərinə də, diqqət göstərməsi vacibdir:

 

"Bir insan telefona baxma saatını, telefona nə məqsədlə baxdığını bilməlidir. İnsanlar bu, asılılığı aradan qaldıra bilmirlərsə, zamanında psixoloqlara müraciət etməlidirlər".

 

Nigar Səmədli