Talassemiya daşıyıcılığı və ailə planlaması

Bölmə: Sosial › ,
Tarix: 20:52 19.11.2024

Talassemiya irsi qan xəstəliyi olduğu üçün ailə planlaması zamanı xüsusi diqqət tələb edir. Bu xəstəlik daşıyıcılığı valideynlərdən uşaqlara keçə bilər və bu da gələcək nəsillərin sağlamlığı üçün risk yaradır. Buna görə də, insanlar daşıyıcı 

olub-olmadıqlarını vaxtında müəyyən etməli və ailə planlamasında müvafiq tədbirlər görməlidirlər. 

 

Bəs bu prosesi necə həyata keçirmək olar və hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı həkim hematoloq Mireldar Babayev İnformator.az”a açıqlamasında bildirib ki, bunun ən böyük səbəbi qan qohumluğunun olmasıdır:

 

"Talasemiya xəstəliyi bəli, irsi xəstəlikdir. Azərbaycanda digər yaxın Respublikalara baxanda, digər ölkələrə baxanda daha çox yayılıb və bunun da əsas səbəbi qan qohumluğunun olmasıdır ki, Azərbaycanın  tarixində hər zaman əsrlərlə belə olub ki, qardaş uşaqları evlənsin, bacı uşaqları kimi yaxın qohumlar evlənir. Səbəb isə, tanıdığımız uşaqdır, gözümüzün qabağında böyüyüb , qoy bunlar ailə qursunlar, xoşbəxt olsunlar və s. bəlkə doğurdan da yəni o əxlaqi nöqteyi nəzərdən bəlkə də düz addımdır amma tibbi olaraq əlbəttə bu çox səhv addımdır.Ona görə ki, bir qolda olan xəstə gen elə bil bir qoldan gəlibsə, barmaqlara ayrılıbsa və o barmaqlar birləşəndə yenə də həmin gen daha da möhkəm formada özünü göstərir. Yəni, xəstə formasında yəni kökdə xəstə gen varsa o zaman həmin genləri daşıyanlar bir biriləri ilə ailə qurduqları halda əlbəttə artıq o daşıyıcılıq  doğulan övladda xəstəlik formasında üzə çıxacaq".

 

Həkimin sözlərinə görə , Bununda qarşısını almağın bir yolu varki, müayinə olmalıdır:

 

"Yəni qanın təhlili vasitəsilə aydınlaşdırılır ki, bu insanda talassemiya daşıyıcılığı var ya yoxdur.

Bununla da hər şey bitmiş olur. Yoxdursa qurtadı, hər şey yaxşıdır.  Əgər vardırsa yenə də  dediyim kimi tədbir görülməlidir. Ailə qurulmamalıdır".

 

Aytac Mustafayeva