"İnsanın bir insan haqqında ilkin düşüncələri mühitdən asılıdır.."

Bölmə: Sosial › ,
Tarix: 21:50 19.11.2024

İnsanlar təbii olaraq başqalarının davranışlarını, ifadələrini, reaksiyalarını maşahidə edərək onların nə düşündüyünü və hiss etdiyini təxmin etməyə çalışırlar.

 

Müsahibimiz psixoloq Aytən Ələkbərova "informator.az" saytına açıqlamasında bildirir ki, bir insanın digər insan haqqında düşüncələri, əksər hallarda onun düşdüyü mühitdən və qurduğu münasibətlərdən asılı olur:

 

"Məsələn, bir qadının bir kişi haqqında düşüncəsi, çox vaxt həmin kişinin ona qarşı münasibətinə bağlıdır. Qadın bir kişinin sadəcə saat soruşmasından daha çox, onun o anki davranışını və baxışlarını özündə başqa anlamlar kimi qəbul edir".

 

Psixoloqun sözlərinə görə, münaqişə yaranan münasibətlərdə, məsələn gəlin və qaynana arasında, hər iki tərəfin bir-birinə necə baxdığı və danışıqları da həmin münasibətlərin necə müəyyən edəcəyini müəyyənləşdirir:

 

"Bəzən hər hansı bir fikir və ya baxış çoxlu məna daşıya bilər. Qaynana oğluna gəlinin baxışlarını başqa cür yozsa da, gəlinin öz reaksiyaları fərqli ola bilər".

 

 

Psixoloq bildirir ki, hər zaman ilk təəssüratlar çox vacib rol oynayır:

 

"İnsanlar ilk dəfə tanış olduqları biri haqqında ilk 90 saniyə ərzində müəyyən fikirlər formalaşdırır.

İnsan psixologiyasının mürəkkəb və öyrənilməsi davam edən bir sahədir".

 

Sonda müsahibimiz birinin düşüncələrini "oxumaq" və ya onların daxili dünyasını tam olaraq başa düşməyin elmə görə mümkün olmadığını bildirib.

 

Çinarə Tarverdiyeva