Xərçəng xəstəliyinin əsas səbəb və əlamətləri nələrdir?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 13:51 20.11.2024
Dünyada hər il milyonlarla insan onkoloji xəstəlik sayılan xərçəng xəstəliyinə yoluxur. Və bu xəstəliyin qurbanı olur. Həmçinin xərçəng gənclər arasında daha geniş yayılır. Xəstəliyin müalicəsi və qarşısının alınması üçün bir çox tibbi tədqiqatlar aparılsa da, hələ də xərçəng qarşısında acizik, desək, yanılmarıq.
Bəs bu xəstəliyə yoluxmanın əsas səbəbləri və qaçınmanın yolları nələrdir?
Mövzu ilə bağlı həkim-onkoloq Afət Cabbarova “informator.az”a müsahibəsində xərçəngin növlərindən və yaranma səbəblərindən danışıb:
"Xərçəng xəstəliyi növünə görə dəyişir. Dünyada illərdir, hər iki cins üzrə birinci sırada ağciyər xərçəngi yer tutur. Ən böyük ölüm faizi də ağciyər xərçəngindəndir. Ağciyər xərçənginin yaranama səbəbi siqarət çəkməkdən irəli gəlir. Bu, kişilər arasında ən çox yayılıb. Qadınlar arasında isə süd vəzidir. Süd vəzinin ən çox yayılma səbəbindən biri hormonol pozuntuları, yaş göstəricisi, ailəvi risk, şişin yaranmasında qidalanmanın rolu çox böyükdür. Məsələn, 15 il əvvəl yoğun bağırsağ xərçənginə çox yoluxma yox idi. Hazırda dünyada hər iki cins üzrə 3-cü yerdədir. Bunun səbəbi-həm fiziki aktivliyin azalması, həm də qidalanma pozuntusu, yəni qidalanmada meyvə-tərəvəzdən az istifadə etməkdir. Heyvani mənşəli yağların, məhsulların külli miqdarda olması, konserləşdirilmiş qidalar, hazır qida məhsulları, doğru yağda qızardılmamış qidalar: hamısı xərçəngin yaranmasına böyük risk amilidir.
Prastat vəzi xərçəngi kişilər arasında daha çox yayılıb. Burada oturaq həyat, fiziki aktivliyin azalması böyük rol oynayır".
Onkoloq xərçəng xəstəliyinin əlamətlərindən də bəsh edib:
"Ən bəsiti ələnən kütlənin olması, ağrının olması, dəridə görünən yerdə dəyişiklik, çökəklik, qabarıqlığın olmasıdır. Mədə-bağırsaq traktının əlamətləri isxal, qəbizlik, həzm pozulması və s.-dir. Yəni xərçəngin xüsusi əlaməti yoxdur. Özünü mədə xəstəliyi, qastrit kimi göstərə bilər. Xərçəng xəstəliyinə yoluxmamaq üçün erkən müayinə vacibdir".
Kəmalə Vəliyeva