“Nəqliyyatda yaranan problemlər..”

Bölmə: Sosial › ,
Tarix: 19:26 20.11.2024

Cop29-dan sonra avtobus zolaqlarına daxil olma məhdudiyyəti ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “informator.az”a açıqlamasında bildirib ki, avtobus zolağına daxil olma məhdudiyyəti var və o məhdudiyyət cop29 bitəndən sonrada qalacaq:

 

"Cop29-la bağlı olan avtobus zolaqları ola bilsin ki, yığışdırılsın. Bəziləri isə ola bilsin ki, avtobus zolağı kimi fəaliyyət göstərməyə davam etsin. Vətəndaşların ictimai nəqliyyata fasiləsiz daşınması avtobus zolaqlarının zəruri olduğunu göstərir. Avtobus zolaqlarının olması dövlət proqramında da öz əksini tapıb".

 

Ekspert piyada səkilərinin yenidən qurulması yolunda addımların atılacağınıda bildirib:

 

“İnkluzivliyə daha çox üstünlük verəcəyik. Yəni əlilliyi olan insanların da şəhərdə sərbəst hərəkət etməsi üçün müəyyən şəraitlər yaradılacaq. Bakı şəhərində mərkəzi ərazilərdə piyadayönümlü ərazilərin sayı artırılacaq. Həmçinin iş yeri ilə yaşadığı ərazi arasında məsafə az olan insanlar mərhələ ilə mikromobillik vasitələrinə keçəcəklər".

 

Fidan Ağayeva