"Cinayət hüququ müxtəlif sahələrdə mühüm inkişaflar göstərib"
Bölmə: Sosial › ,Tarix: 20:38 20.11.2024
Günümüzdə cinayət hüququ müxtəlif sahələrdə mühüm inkişaflar göstərib. Bu inkişaflar hüquq müdafiə sistemlərinin daha effektiv və ədalətli olmasına yönəlib.Nəticədə isə, günahkar şəxsləri ədalətli bir şəkildə dövlət cəzalandırır.
Bəs qətl və ya ağır cəza cinayətlərində təqsirləndirilən şəxsin hüquqları necə qorunur ?
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında hüquqşünas Mehman Muradlı müdafiə hüququnun böyük cinayətlərdə və ya böyük ictimai təhlükə törətməyən cinayətlərdə belə təşkil olunmasının vacib olduğunu bildirib:
“İlkin istintaqdan, yəni tədqiqatdan başlayaraq məhkəmə istintaqına kimi müdafiə hüququ olur, hansı ki bu konstitusiyada da, cinayət məcəlləsində də bildirilib. Təqsirləndirilən şəxs istintaq bitənə kimi 2 gün şübhəli şəxs qismində saxlanılır. İstintaq bitdikdən sonra isə, həmin şəxs barədə müvafiq qərar qəbul edilir".
Hüquqşünas, həmçinin təqsirləndirilən şəxsin hüquqlarından da bəhs edib:
"Onlar özünə sərbəst şəkildə vəkil seçə bilərlər. Sonradan öz vəkillərindən imtina etmə səlahiyyətlərinə sahibdirlər. Əgər vəkili yoxdursa, dövlət həmin şəxslərə vəkil təmin edə bilir".
"Ümumiyyətlə, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün dövlətin qoyduğu qanunlara əməl etmək və məsuliyyətlə yanaşmaq lazımdır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Xəlilova