Fəsillərə görə dəyişən insanlar...
Bölmə: Sosial › ,Tarix: 20:42 20.11.2024
İnsan fəsillər kimi dəyişkəndir. Mövsümi dəyişiklik isə insanın psixi vəziyyətinə, enerjisinə, yuxu rejiminə, iştahına, qidalanma vərdişlərinə, eləcə də sosial həyatına təsir göstərir. Ən çox payız və qış fəsilinin insanların psixologiyasında təsiri olduğu deyilir.
Bəs iqlim dəyişkənliyinin insan duyğularına mənfi təsiri nələrdir?
Mövzu ilə bağlı psixoloq Gülşən Rüstəmova "informator.az" a açıqlamasında Yer üzərindəki insanların barmaq izləri kimi bir -birlərindən fərqləndiylərini bildirib.
Onun sözlərinə görə, biz insanlarda oxşar və ümumi cəhətlər olsa da, hər birimiz fərqli fərdlərik:
"İnsanların psixoloji durumuna çox təsir edən məsələlər mövcuddur. Onlardan biri isə iqlim dəyişikliyidir. İnsanların təbiətə, təbiət hadisələrinə, yaşdıqları yerə, cəmiyyətə olan reaksiyaları özlərindən qaynaqlanır. İnsanın psixoloji vəziyyəti onun psixoloji immuniteti çətinliklərlə , dəyişkənliklərlə, məyusluqlarla , xoşagəlməz hadisələrlə rastlaşan zaman ya onu dözümlü edir, ya da təsirdən asıllı olaraq vəziyyətlərini dəyişir. Bunların hamısı həmin insanların psixoloji immunitetinin zəif olmasından qaynaqlanır".
Psixoloq insanların düşüncə dəyişgənliyini bəzi nüanslarda fəsil dəyişməsi ilə əlaqədar edir:
"O əlavə edib ki, fəsil dəyişkənliyi zamanı insanlar fizioloji dəyişikliklərə məruz qalır. Çünki mövsümlə əlaqədar onların qidalanması və həyat tərzləri dəyişir. Qarşılıqlı olaraq psixoloji vəziyyətin balansızlığı orqanizimimizdə psixosematik olaraq gözə görünən hala çevrilir".
"Psixoloqun fikrincə, insanın psixoloji vəziyyəti çox mühümdür. Əgər insanın psixoloji vəziyyətinin balansı normaldırsa, həmin insan özünün qidalanmasına diqqət yetirəcəkdir. Yaşadığı yerə, hava şəraitinin dəyişməsinə və digər mənfi hadisələrə qarşı daha dözümlü olacaqdır." - deyə o, fikirlərini yekunlaşdırıb.
Məryəm Zalıyeva