Avtobus zolağında parklanmalar: Nəqliyyat sahəsində yeni islahatlara ehtiyac var?-Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 18:26 22.11.2024

Son zamanlarda avtobus zolağında taksilərin dayanması və kameraların nömrəni çəkməsin deyə baqajlarının açılmasının şahidi oluruq. Bu da həm qayda pozuntusuna, həm də geniş problemlərə gətirib çıxarır.

Məsələ ilə bağlı "informator.az"a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, bu sahədə işlər davam edir və problemlərin həlli qısa müddətdə mümkün deyil:

"Bu məsələ ən qısa zamanda və asanlıqla həll edilə biləcək bir problem deyil. Bunun üçün zaman və vaxt tələb olunur. Sifarişlərin qəbul edilməsi zamanı nömrələrin qeydə alınmaması və ya bu kimi yayınmalar müəyyən dəyişikliklər tələb edir. Bunlar yalnız nəqliyyat sahəsində yeni islahatların nəticəsində həll edilə bilər. Kameradan yayınmaq üçün nömrələri gizlətmək əvəzinə, daha münasib qaydada avtomobilləri düzgün park etmək və bu sahədə qaydalara riayət etmək lazımdır. Avtomobilləri açıq və ya düzgün yerlərdə park etmək daha münasibdir. Əks halda, bu cür hallar  yolverilməzdir".

Ekspert sonda vurğulayıb ki, tətbiq olunan cərimələr də bu məsələnin həllinə ciddi təsir göstərmir.

Nərgiz Orucova