Nikahdan əvvəl narkoloji müayinəyə ehtiyac var?

Bölmə: Sosial › ,
Tarix: 21:19 26.11.2024

Son illər həm cəmiyyətin, həm də mütəxəsislərin müzakirə etdiyi məsələlərdən biri də narkoloji test və müayinələrin nikahdan əvvəl cütlüklərdən tələb olunub- olunmaması məsələsidir.

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, narkotik maddələr qəbul edilən ailədə xoşbəxtlik ola bilməz:

 

"Günümüzdəki bəlalardan başlıcası narkotikdir. Narkoman özünü idarə edə bilmir və özünü idarə edə bilməyən bir insan ailənin də heç bir problemini nə maddi nə də fiziki cəhətdən həll edə bilməz".

 

"Narkomaniya faciə mənbəyidir. Məhz buna görə də mütləq müalicə almalı, nikahdan öncə narkoloji testlərdən keçməlidir",-deyə o fikrini yekunlaşdırıb.

 

Mehriban Nəsibova