Şimal Hindistanda məscid sorğusu ölümcül toqquşmalara səbəb oldu
Bölmə: Dünya › ,Tarix: 21:51 26.11.2024
Rəsmilər bazar ertəsi, Hindistanın şimalında yerləşən bir şəhərdə məktəbləri bağladı və internet xidmətlərini dayandırdı. Bu addım, 16-cı əsrə aid bir məscidin Hindu məbədinin yerində tikilib-tikilmədiyini araşdıran rəsmi sorğu nəticəsində yaranan toqquşmalarda dörd nəfərin həyatını itirməsindən bir gün sonra atıldı.
Rəsmilərin verdiyi məlumata görə, bazar günü Uttar Pradeş ştatının Sambhal şəhərində təxminən 1,000 müsəlman etirazçı Şahi Cama Məscidinin qarşısında toplanaraq, məhkəmə qərarı əsasında aparılan sorğunu dayandırmağa çalışıb. Sorğu, Hindu vəkilin məscidin Hindu məbədinin yerində tikildiyini iddia edən müraciətindən sonra başladılmışdı.
Sambhalda, “bütün məktəb və kollec bağlanıb, ictimai yığıncaqlar qadağan edilib",- deyə yerli administrator Aunjaneya Kumar Singh bildirib.
Hökumət, iğtişaşların qarşısını almaq məqsədilə şəhərə xaricilər, ictimai təşkilatlar və rəsmi icazə olmadan nümayəndələrin daxil olmasını 30 noyabra qədər qadağan edib.
Mənbə: CNN
Nuray Qurbanlı