10 nəfərin olduğu təyyarə Alyaska səmasında yoxa çıxıb
Bölmə: Hadisə › ,Tarix: 12:10 07.02.2025
Alyaskada göyərtəsində 10 nəfərin olduğu Bering Air şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb. Təyyarədə doqquz sərnişin və bir pilot olub.
Axtarışlar davam edərkən, Nome Könüllü Yanğınsöndürmə İdarəsi hadisəni təsdiqləyən açıqlama yayıb. Açıqlamada, "Hazırda Nome və Ağ Dağdan quruda axtarışlar aparırıq. Hava şəraiti və görmə qabiliyyətinə görə havadan axtarışlar məhdudlaşdırılıb. Axtarış işlərinə Milli Qvardiya, Sahil Mühafizəsi və Polis qrupları qatılıb".
"Təyyarənin itməsi ilə bağlı narahatlıqlar fonunda yerli hakimiyyət orqanları ictimaiyyəti ekstremal hava şəraiti ilə əlaqədar öz axtarış qruplarını yaratmaq cəhdindən çəkinməyə çağırıb. İctimaiyyətin itkin düşənlərlə bağlı narahat olduğu bir vaxtda onlardan təhlükəsizlik və hava şəraitini nəzərə alaraq fərdi axtarış qrupları yaratmamalarını xahiş edirik”, - deyə məlumatda bildirilir. Əlavə olaraq, ailələrin dəstək üçün Norton Sound Health Corporation ilə əlaqə saxlaması tövsiyə olunur.
Mənbə: TRT haber
Xanım Ağamalıyeva