Netanyahu Trampı tərifləməkdən əl çəkə bilmir!

Bölmə: Dünya › ,
Tarix: 13:50 07.02.2025

Qəzzada qətliam törədib, bu azdı, o da gəlib ABŞ-dən işğal vədini aldı. İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampı tərifləməkdən əl çəkə bilmir. Amerikanın Fox News kanalında canlı yayıma qatılan Netanyahu Trampın Qəzzalıları deportasiya etmək planını belə müdafiə edib:

 

“O, İSRAİLİN AĞ EVDƏ ƏN BÖYÜK DOSTUDUR”

 

"Bu qədər sadədir. O, Ağ Evdə İsrailin ən böyük dostudur. Bilirsiniz, o, birinci vəzifəsində Qüdsü paytaxtımız kimi tanıdı və Amerika səfirliyini ora köçürdü, Colan təpələri üzərində suverenliyimizi tanıdı, fəlakətli İran razılaşmasından çıxdı, vasitəçilik etdi və birlikdə çalışdı. Biz İsrailə və dörd ərəb ölkəsinə sülh gətirən tarixi İbrahim Sazişlərini imzaladıq. Demək istəyirəm ki, o, diqqətəlayiq işlər görüb".

 

QƏZZADAN GETMƏLƏRİNİN NƏYİ YANLIŞDIR?”

 

Qonşu dövlətlər, zəngin dövlətlər bunu edir. Amma əsl fikir, birinci getmək istəyən qəzzalılara icazə verməkdir. Yaxşı, bunun nə günahı var? Onlar gedə bilərlər. Sonra geri qayıda bilərlər. Amma Qəzzanı yenidən qurmaq istəyirsənsə, Qəzzanı yenidən qurmalısan. Bu eşitdiyim ilk yaxşı fikirdir. Bu əlamətdar bir fikirdir və hesab edirəm ki, bu, həqiqətən də həyata keçirilməlidir. Bunu öyrənmək, izləmək və etmək lazımdır, çünki düşünürəm ki, hər kəs üçün fərqli gələcək yaradacaq.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova