Gənclər ürək xəstəliyindən nə üçün əziyyət çəkir?-Mütəxəssis AÇIQLAYIR…

Bölmə: Sosial › ,
Tarix: 20:26 28.11.2024

Yaşlı insanlarla yanaşı bu gün gənc insanlar da ürək xəstəliyindən əziyyət çəkir. Ürək revmatik xəstəliyi inkişaf etməkdə olan ölkələrdə cavan insanlar arasında daha geniş yayılıb. Dünyada əhalinin çoxu əsasən gənclər ürək xəstəliyindən əziyyət çəkir. 

 

Mövzu ilə bağlı kardioloq Famil Qaflanov “informator.az”a açıqlamasında bildirib ki, revmatizm xəstəliyin törəyicisi  A qrupu olan Beta hemolitik streptokokklardır:

 

“İlk olaraq angina kimi özünü göstərir. Sırf A qrupu olan Beta hemolitik streptokokklar  yoluxduğu zaman xüsusən ürək qapaqlarının zədələnməsi halları baş verir. Revmatizma yoluxucu xəstəlikdir və yoluxucu xəstəliklər olan qrupa daxildir. İnkişaf etməkdə olan ölkələrdə daha çox yayılıb, amma digər ölkələrdə də var. Yer kürəsində təqribən 16-17 milyona yaxın insan bu xəstəliyə yoluxub. Yaş qrupuna görə 5-17 yaş arasında bu xəstəliyə yoluxma olur, ona görə də, gənclərdə özün göstərir. Xüsusən ürək qapaqların, metral qapaqların zədələnməsi ilə metral qüsurun yaranmasında özünü göstərir”. 

 

Kardioloq ürək xəstəliklərinin əlamətlərindən də danışıb:

 

“İnsanlarda erkən yorulma, təngnəfəslik, halsızlıq kimi göstərə bilər. "Qapaq yetməzliyi" üzərindən yaranan hallardır. Bu “Qapaq yetməzliyi” də artdıqca təngnəfəsliyin artması, aşağıdan başlayaraq yuxarıya doğru şişkinliyin artması şəkilində özünü göstərir. Bu da insanda problemlər yaradır. İnsan əmək qabiliyyətində çətinliklər hiss edir”.

 

Kəmalə Vəliyeva