Həkimlər yoğun bağırsaq xərçənginin əsas səbəbini açıqlayıb
Bölmə: Maraqlı › ,Tarix: 23:59 10.12.2024
Dünya üzrə ən çox rast gəlinən xərçəng növlərindən biri olan yoğun bağırsaq (kolon) xərçəngi həm kişilərdə, həm də qadınlarda müşahidə edilir. Xəstəlik erkən mərhələdə aşkarlanarsa, müalicə şansı yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatına (WHO) görə, bu xərçəng inkişaf etmiş ölkələrdə daha çox rast gəlinir.Bunun səbəbləri arasında qərb tərzində qidalanma, hərəkətsizlik və uzun ömür göstərilir.
Risk faktorları
Xəstəliyin əsas səbəbləri arasında qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, siqaret və alkoqol istifadəsi yer alır. Xroniki xəstəliklər (məsələn, Crohn xəstəliyi) və yüksək yağlı, az lifli pəhrizlər də riski artırır.
Əlamətlər:
1.Uzunmüddətli ishal və ya qəbizlik
2.Nəcisdə qan və ya rektal qanaxma
3. Yorğunluq, halsızlıq, kilo itkisi
Qarın ağrısı və ya nəcisin nazik olması
Mütəxəssislər erkən diaqnostikanın və sağlam həyat tərzinin bu xəstəliyin qarşısını almaqda vacib olduğunu vurğulayır. 45 yaşdan etibarən müntəzəm müayinələr tövsiyə olunur.
Mənbə: NTV
Nərgiz Orucova