Təbii Dəmir Mənbələri: Sağlamlıq Üçün Əsas Qida Maddəsi

Bölmə: Maraqlı › ,
Tarix: 20:12 13.12.2024

Yorğunluq, baş ağrısı, nəfəs darlığı, başgicəllənmə, dəri solğunluğu və soyuqluq kimi əlamətlər dəmir çatışmazlığına işarə edə bilər. Orqanizm dəmir istehsal etmədiyi üçün bu mineralın qida ilə təmin edilməsi vacibdir.

 

Dəmir baxımından zəngin qidalar arasında qaraciyər, böyrək kimi ,istiridye, ton balığı, sardalya, ispanaq, kabak tumu və qırmızı ət kimi qidalar yer alır. Məsələn, 100 qram qırmızı ət təxminən 2,7 mq dəmir ehtiva edir və asanlıqla sorulur.

 

C vitamini ilə zəngin qidalarla birlikdə qəbul edildikdə dəmirin sorulması artır.

 

Quru meyvələr, xüsusilə quru əncir və üzüm, həm də sağlamlıq üçün faydalı antioksidantlarla zəngindir.

 

Dəmir çatışmazlığını önləmək üçün balanslı qidalanma və zərurət olduqda həkim məsləhəti ilə əlavələrdən istifadə edilməlidir.

 

Mənbə: NTV

Nərgiz Orucova