Yanaqların sallanmasına təbii həll!

Bölmə: Maraqlı › ,
Tarix: 22:58 13.12.2024

Yaşlanma, genetik faktorlar və həyat tərzi vərdişləri dərinin elastikliyinin azalmasına, yanaqların sallanmasına səbəb ola bilər. Estetik müdaxilələrə müraciət etməzdən əvvəl təbii üsullarla dəri dartılmasını sınamaq istəyənlər üçün təsirli həll yolları var. 

 

Dərini sıxlaşdıran təsiri ilə tanınan təbii yağlar müntəzəm masajla yanaq sallanmalarını azalda bilər. Arqan yağı dərinin elastikliyini artırır və nəmləndirir.

Yatmazdan əvvəl yanaqlarınıza bir neçə damcı kakos yağı çəkin. Zeytun yağı və E vitamini qarışığı olan bu qarışım dərini qidalandırır və ona daha möhkəm bir görünüş verə bilər.

 

Evdə hazırlaya biləcəyiniz təbii maskalar dərinizi sıxmağa kömək edə bilər.

 

Yumurta Ağı Maskası: Bir yumurtanın ağını çalın və yanaqlarınıza çəkin. Quruyana qədər gözləyin, sonra isti su ilə yuyun.

Avokado və bal maskası:

Avokado püresi və bir çay qaşığı bal qarışığını yanaqlarınıza çəkin. 15 dəqiqə gözlədikdən sonra yuyun.

Dərinin elastikliyini qorumaq üçün bədəninizi içəridən dəstəkləmək vacibdir. Bol su içmək dərini nəmləndirir və dolğun görünür.

 

Mənbə: Bbc news 

Kəmalə Vəliyeva