Saç dərisini məhv edən səhv!

Bölmə: Maraqlı › ,
Tarix: 23:31 19.12.2024

Saçların yuyulma tezliyi ilə bağlı saysız-hesabsız nəzəriyyələr var. Bəziləri deyir hər gün yuyun, bəziləri yağlanmasını gözləyin deyir. 

Saçınızı hər gün yumaq qəbahət deyil, amma bunun hamı üçün ümumi qayda olduğunu söyləmək çətindir.

 

Mütəxəssislərin fikrincə, bəzi saç növləri digərlərindən daha çox yuyulmağa ehtiyac duyur, hər kəsin saçı fərqlidir. Buna görə də hər saç tipinin yuyulma tezliyi fərqlidir.

 

Hansı saç növlərini daha tez-tez yumaq lazımdır?

 

Daha tez-tez yuyulmağa ehtiyacı olan saç tiplərinə nazik və ya zəif saçlı insanlar, təmizlənməmiş saçlar və düz telli insanlar daxildir.

Saçların hər gün yuyulması bəziləri üçün faydalı olsa da, bir çox saç mütəxəssisləri hər gün deyil, iki və ya üç gündə bir şampun etməyin daha yaxşı olduğunu iddia edirlər.

Saçınızı tez-tez yusanız, baş dəriniz əlavə yağ çıxaracaq və saç telləriniz qırılacaq.

 

Mənbə: Pembenar

Kəmalə Vəliyeva