Zədələnən pul harada və necə dəyişdirilir ?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 20:49 24.12.2024

Bir çox insanlarda zədələnən pullar olur. Ehtiyyatsızlıqdan pulun bir hissəsi cırılır.

Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov “informator.az”a açıqlamasında bildirib ki, bu məsələ Mərkəzi Bank haqqında qanunun 40-cı maddəsi ilə tənzimlənir:

 

“Əgər zədə ciddi deyilsə, əvvəlcə vətəndaş digər banklarda da dəyişdirə bilər. O banklar da Mərkəzi Banka təhvil verir, amma banklar dəyişməsə, Mərkəzi Bank isə qanun 40-cı maddəsində olan tələblərə uyğundursa , dəyişməlidir”.

 

Vəkil 40-cı maddənin tələblərindən də danışıb:

 

“Maddə 40. Pul nişanlarının dəyişdirilməsi

40.1. Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
40.2. Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank ödəyir.
40.3. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank ödəyir.
40.4. Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank ödəyir.
40.5. Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilmir və onun nominal dəyəri ödənilmir. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərilir.
40.6. Xarici valyutada olan pul nişanlarını Mərkəzi Bank dəyişdirmir. Xarici valyutada saxta pul nişanlarına bu Qanunun 40.5-ci maddəsi şamil edilir”.

 

Kəmalə Vəliyeva