Böyrəküstü vəzi əməliyyatı-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:29 24.12.2024

Böyrəküstü vəzi əməliyyatı böyrəküstü vəzi orqanının birinin və ya hər ikisinin cərrahi yolla çıxarılması prosedurudur.

 

Bəs böyrəküstü vəzinin cərrahi xəstəlikləri neçə qrupa bölünür?

 

Bu barədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri,Səhiyyə əlaçısı, cərrah-transplantoloq Mircəlal Kazımi “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə böyrəküstü vəzinin cərrahi xəstəlikləri 2 qrupa bölünür:

 

“ Burada, xüsusilə böyrəküstü vəzinin törəmələrindən söhbət gedir. Böyrəküstü vəzin törəmələri xoşxassəli və bədxassəli olmaqla 2 qrupa bölünür. Hər iki anlayışa yanaşma fərqlidir və onların cərrahiyyəyə ehtiyacı olub-olmamasına buna görə qərar verilir. Böyrəküstü vəzinin şişlərinin tapılması bəzən xəstənin təsadüfi müayinəsi nəticəsində aşkarlana bilər. Sağ və sol böyrəyin vəzində yerləşməklə 2 böyrəküstü vəzi var. Törəmələrə gəldikdə isə xoşxassəli yaxud bədxassəli fərq etməz, törəmələr hər 2 böyrəküstü vəzidə yaxud birində aşkarlana bilər”.

 

Həkimin sözlərinə görə, təsadüfi aşkarlanan böyrəküstü törəmələrin bədxassəli yaxud xoşxassəli olmasına əməliyyatdan öncəki dövrdə də qərar verilə bilər:

 

“ Xoşxassəli törəmələr adətən ölçüsü kiçik olan törəmələrdir, əksər hallarda onlarda hər hansısa hormonu ifraz etmə qabiliyyəti olmur. Amma bədxassəli ,xüsusilə feoxromositima kimi böyrəküstü vəzin bədxassəli törəmələri hormonal aktiv olurlar və daimi hormon ifraz edərək xəstələrdə qan təzyiqinin yüksək olması, üzdə qızartı və digər hormonal pozuntulara gətirib çıxara bilirlər. Bu xəstələrin əməliyyatı həm açıq, həm də laparoskopik(qapalı) yolla icra olunur. Hormonal aktiv olan böyrəküstü vəzi törəmələrinin əməliyyata hazırlığının öz xüsusiyyəti var, yəni əməliyyatdan öncəki dövrdə diaqnozun qoyulması hormonal aktiv olan törəmədirsə, əməliyyat zamanı və əməliyyatdan sonrakı dövrdə də hər hansı bir katakalizmə qarşı xüsusi tədbirlər görülməlidir. Ona görə də, hormonal aktiv olan böyrəküstü vəzi törəmələrində biz, yanaşma olaraq, xəstəni əməliyyatdan öncəki dövrdə xüsusi dərman preparatlarla hazırlayır və xüsusi dərman preparatları vasitəsilə də əməliyyat müddətini həyata keçiririk. Əməliyyatdan sonrakı dövrdə hərşey qaydasında olduğu halda, çıxarılmış törəmənin patoloji müayinənin nəticəsinə görə xəstənin gələcək müayinəsinə qərar verilir. Cərrahi əməliyyat texniki olaraq əksər hallarda laparoskopik(qapalı) üsulla aparılır. Ortalama 3-4 saatlıq, bəzən qısa müddətdə bitən bir əməliyyatdır”.

 

Nərmin Həşimova