"Azərbaycanın D8 təşkilatına qoşulması ölkəyə müxtəlif faydalar gətirə bilər"-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:13 24.12.2024
“Azərbaycanın D8 təşkilatına qatılması Azərbaycanın öz həqiqətlərini beynəlxalq auditoriyanın diqqətinə çatdırmasında mühüm rol oynayacaq".
Bu sözləri "İnformator.az"-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, D8 təşkilatının Azərbaycan üçün rolu əvəzolunmazdır:
“Belə ki, bu təşkilatın sayəsində Azərbaycanın bölgədə baş verən proseslərlə bağlı çıxış etmək imkanı formalaşır. Türkiyə, Pakistan, İran, İndoneziya, Nigeriya dövlətlərin Azərbaycana namizədliyini dəstəkləməsi, həm də Azərbaycan beynəlxalq birliyin tam hüquqlu, sarsılmaz, ardıcıl üzvüdür. Qoşulmama hərəkatına uğurlu 4 illik sədrlik, Türkiyə dövlətləri təşkilatında olan sədrlik , COP29 tədbirinin uğurla keçirilməsi, qlobal iqlim dəyişikliyi fonunda Azərbaycanın planetə rəhmiyyətli təşəbbüsləri, Bakı iqlim hədəflərinin müəyyənləşdirilməsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində əhəmiyyətli bir geosiyasi faktordur. Bu baxımdan Azərbaycan namizədliyini dəstəkləyən dövlətlərlərlə də iki tərəfli müstəvidə də çox yaxşı, bərabər hüquqlu münasibətlər var. Bu, Azərbaycana namizədliyini dəstəkləmək üçün kifayət qədər əhəmiyyətli əsaslardır”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Kəmalə Vəliyeva