Avtomobildə olan texniki nasazlığa görə cərimə yazıla bilər?
Bölmə: Sosial › ,Tarix: 21:17 24.12.2024
Avtomobildə ön və ya arxa işıq cihaz işləmir, dönmə işiq sistemləri sıradan çıxıb və ya bu kimi digər nasazlıq baş verib. Bəzi hallarda polis əməkdaşı nəqliyyat vasitəsini saxlayaraq cərimə yazmalı olduğunu deyir və ya nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi əmrini verir. Ekspertlər isə bildirirlər ki, texniki nasazlığa görə yalnız o halda cərimə yazıla bilər ki, sürücü özü ya avtomobilə əlavə avadanlıq quraşdırıb, ya da mövcud avadanlığı normativ tələbləri pozaraq dəyişdirib.
Mövzu ilə bağlı “informator. az” a açıqlamasında nəqliyyat vasitələri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtomobildə bir sıra texniki nasazlıqlar var ki, aradan qaldırılmadan nəqliyyat vasitəsi ümumiyyətlə istismara buraxılmamalıdır:
“Texniki nasazlıqlarla bağlı avtomobilin hər hansı bir problemi yaranarsa, bu zaman mütləqdir yaxınlıqdakı servislərə müraciət etsin. Hər il nəqliyyat vasitəsi texniki baxışdan keçməlidir, bununla bağlı texniki baxışın ümumi qaydaları var və bu qaydalar çərçivəsində o texniki baxışdan keçə bilir, amma, elə nasazlıqlar var ki, onlar texniki baxışdan keçə bilməz və istismara yararsızdır. Elə hallar var ki, texniki baxışda nasazlıqlar büruzə verə bilməz. Cərimə ilə bağlı ümumi olaraq mühərrikin sönməsi, sürətlər qutusunun qarışması,ön asqıların nasazlığı və sairə hallarda cərimə yazıla bilməz”.
Bəşirova Əsmər