Çinin Hərbi Dəniz Donanması yeni nəsil freqatı xidmətə qəbul edib

Bölmə: Dünya › ,
Tarix: 14:52 23.01.2025

Çinin Hərbi Dəniz Donanması ABŞ və digər regional güclərlə rəqabət artdığı bir vaxtda yeni nəsil freqatı xidmətə qəbul edib.

 

Çinin artıq gövdə sayı baxımından dünyanın ən böyük donanmasına malik olduğu qeyd edilsə də, texnologiyasının bəzən geri qaldığı düşünülür. Əsas rəqibi olan ABŞ, öz donanmasının sayca az qala biləcəyini xəbərdar edib və zədələnmiş gəmilərin daha tez xidmətə qaytarılması ilə yanaşı, gəmi inşası proqramı tələb edib.

 

Çinin Xalq Azadlıq Ordusu Donanması əsasən ölkənin şərq sahilləri və geniş, strateji cəhətdən əhəmiyyətli Cənubi Çin dənizində fəaliyyət göstərir. Çin bu dənizi demək olar ki, tamamilə öz ərazisi hesab edir. Həmçinin, əsas vəzifələrdən biri də özünüidarəedən və Çinin sahilindən təxminən 160 kilometr (100 mil) uzaqlıqda yerləşən Tayvana qarşı mümkün hücumda ordunu dəstəkləməkdir. Pekin zərurət yaranarsa, Tayvanı güc yolu ilə ilhaq etməyə söz verib.

 

054B tipli ilk freqat olan "Luohe" çərşənbə günü Çinin şimal donanmasının yerləşdiyi şimaldakı liman şəhəri Tsinxdao şəhərində xidmətə qəbul edilib.

 

Təxminən 5,000 ton su tutumuna malik olan gəmi, gizlilik texnologiyası, döyüş komanda sistemləri və atəş gücü inteqrasiyasını özündə birləşdirir ki, bu da "ümumi göstəriciləri əhəmiyyətli dərəcədə artırır",- deyə donanma bildirib.

 

"Genişmiqyaslı döyüş əməliyyatları və müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün güclü imkanlara malik olan bu hərbi gəmi, dəniz qüvvələrinin ümumi döyüş effektivliyinin artırılmasında mühüm rol oynayacaq," deyə əlavə olunub.

 

Mənbə: CNN

Nuray Qurbanlı