Kerem Aktürkoğlunu sarsıdan xəbər!
Bölmə: İdman › ,Tarix: 22:30 04.02.2025
Türkiyə A Milli Futbol Komandasının və Benficanın uğurlu futbolçularından Kerem Aktürkoğlu mövsümün əvvəlində Galatasaraydan transfer olunub.
Portuqaliyadakı ilk oyunlarında təsirli performansı ilə diqqət çəkən Kerem Aktürkoğlu son həftələrdə çıxışında eniş yaşasa da, hələ də forma şansı qazanmağa davam edir.
Bu arada Benficada Kerem Aktürkoğlu üçün pis xəbər hesab edilə biləcək bir transfer baş tutub. Portuqaliya klubu Bragadan Brumanı transfer etdiyini açıqlayıb.
Schjelderup ilə birlikdə Brumanın da sol cinah rotasiyasına daxil olması, Kerem Aktürkoğlunun forma uğrunda daha güclü bir rəqibinin ortaya çıxması deməkdir.
Bəzən heyətdə yerini itirmək təhlükəsi ilə üzləşən Kerem Aktürkoğlu “Benfica” forması ilə 29 oyuna çıxıb. 26 yaşlı futbolçu bu matçlarda 10 qol və 8 assistlik töhfə verib.
Mənbə: beinsports
Aytac Mustafayeva