Suriya lideri əl-Şara Ankaradadır
Bölmə: Dünya › ,Tarix: 22:31 04.02.2025
Suriyada yeni qurulan hökumətin müvəqqəti prezidenti Əhməd əl-Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya gəlib.
Yanvarın 29-da Suriyada müvəqqəti administrasiyanın lideri elan edilən Əl-Şara üçün prezident protokolu icra olunmayıb.
Əl-Şara Türkiyənin ayırdığı təyyarə ilə Ankaraya gəlib.
Şərh edilir ki, Əl-Şara Səudiyyə Ərəbistanından sonra ikinci xarici səfəri olaraq Türkiyəni seçməklə Ankara ilə əlaqələrə verdiyi önəmi göstərir.
İki ölkə arasında ən yüksək səviyyəli təmaslarda Suriyada yeni siyasi dövrün formalaşdırılması və təhlükəsizlik məsələlərində əməkdaşlıq kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Mənbə : BBC News türkçe
Nigar Həsənzadə