Kennedinin sui-qəsd sənədləri açıqlanacaq
Bölmə: Dünya › ,Tarix: 18:44 24.01.2025
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin (JFK) öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan prezident fərmanı imzalayıb.
ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi imzalanma mərasimində Kennedinin qətli ilə bağlı sənədlərin üzərindəki məxfilik pərdəsini aradan qaldırmaq üçün addım atıb.
Seçki dövründə verdiyi sözə əməl edən Tramp JFK-ya sui-qəsdlə bağlı indiyədək gizli olan sənədlərin ictimaiyyətə açıqlanmasını şərtləndirən prezident fərmanını imzalayıb. Trampın imzaladığı prezident fərmanında Kennedi, onun qardaşı Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Eyni imzalanma mərasimində Tramp həmçinin süni intellektlə bağlı iki fərman, “Elm və Texnologiya Məsləhət Şurasının yaradılması haqqında” fərman, kriptovalyutalar üzrə işçi bölmənin yaradılması haqqında fərman və bəzi abort əleyhinə etirazçıların əfv edilməsi haqqında fərman imzalayıb.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva